1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağ ərazisindəki ermənilərin qeyri-qanuni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayın şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmişdir. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, о cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, yüzlərlə insan əsir və girov götürülmüş, itkin düşmüşdür
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkənin bir neçə rayonunda, həmçinin31 avqustda Tərtərdəsəfərdə olubvənövbəti ictimai dinləmələr keçirmişdir.
Düşmənin 3 hərbçisi öldürülüb, Azərbaycan Ordusunun 2 əsgəri şəhid olub
Avqustun 31-də saat 16.30-da Ermənistan Silahlı Bölmələrinin təxribat qrupu Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd edib.
Yeni dərs ilinin başlamasına az qalmışTərtərdəhazırlıq işləri sürətlə aparılır.
Məktəblər yeni dərs ilinə artıq hazırdır. Rayon ərazisində qəzalı vəziyətdə olan iki məktəb binası təmir olunub. Sarıcalı kəndində 220, Azadqaraqoyunlu kəndində isə 80 nəfərlikyeni məktəb binaları tikilir. Artıqson tamamlama işləri aparılır.
Bayram Zeynal oğlu Əliyev 1941-ci ildə anadan olub. 1960-cı ildə Tərtər rayonu Qaradağlı kənd orta məktəbini, 1965-ci ildə BDU-nun fizika fakültəsini bitirib. 1996-cı ildə Elmi Şuranın qərarı ilə aspiranturaya göndərilib və aspiranturanı Sankt Peterburq Fizika Texnika İnstitutunda başa vurub. 1971-76-cı illərdə fizika riyaziyyat elmləri namizədi, dosent, 1985-1990-cı illərdə fizika riyaziyyat elmləri doktoru və professor elmi adlarını almışdır. B.Z.Əliyevin elmi məqalələri ABŞ-da, İngiltərədə, Türkiyədə və MDB ölkələrinin mərkəzi fizika jurnallarında çap olunmuşdur. 115 elmi əsərin və onlarla dərsliklərin və metodik göstərişlərin müəllifidir. SSRİ Ali və Orta İxtisas Təhsil Nazirliyinin döş nişanı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur. 1975-ci ildən Azərbaycan Texnologiya Universitetində Fizika və Kimya kafedrasına rəhbərlik edir.
Əməkdar Hüquqşunas Salman Salman oğlu Cəfərov 20 sentyabr 1926-cı ildə Tərtər rayonunun Qarağacı inzibati ərazi vahidinin Qaradağlı kəndində anadan olub. Tərtər rayon 1 saylı məktəbdə orta təhsilini başa vurduqdan sonra ADU-nun hüquq fakültəsinə qəbul olmuş, 1953-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Respublika prokurorluq orqanlarına işə qəbul olunaraq Lerik rayonuna müstəntiq göndərilmişdir. 1955-57-ci illərdə Ağdaş, 1957-61-ci illərdə Əli-Bayramlı (Şirvan) rayonlarında prokurorluqda müstəntiq, 1961-64-cü illərdə Respublika Prokurorluğunda mühüm işlər üzrə müstəntiq, 1964-70-ci illərdə Kurdəmir, 1970-76-cı illərdə Yevlax, 1976-79-cu illərdə Əli-Bayramlı (Şirvan) rayon prokuroru, 1979-85-ci illərdə Respublika Prokurorluğunda Ümumi nəzarət şöbəsinin prokuroru, 1985-92-ci illərdə Bakı şəhər Prokurorluğunda şöbə prokuroru vəzifələrindədə işləmişdir.
Tərtər çayı Kürün sol qoludur. Kəlbəcər, Ağdərə, Bərdə və Tərtər rayonları ərazisindən axır. Uzunluğu 200 km, hövzəsinin sahəsi 2650 kvadrat km-dir. Tərtərçayı Kürün Azərbaycan daxilində ən çox sululuğa malik olan qolu hesab edilir. Çay Qonqur, Alagöz və Mıxtökən silsiləsinin birləşdiyi sahədən (3120 m) axan bulaqlardan əmələ gəlir. Başlıca qolları sol dan Levçay (uzunluğu 36 km), Ağdavançay (uzunluğu 19 km), sağdan Turağayçay (uzunluğu 35 km) çaylarıdır.
Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
Eltay Aslanov 1988-ci ildə Tərtər rayonunda doğulub. 1993-1996-cı illərdə 1 saylı, 1996-2004-cü ildə 5 saylı məktəbdə orta təhsil alıb.2004-cü ildə Bakı Dövlət Universitetinə qəbul olaraq Beynəlxalq Hüquq ixtisası üzrə Bakalavr təhsilinə yiyələnib. 2008-ci ildən Cənubi Koreyanın Gyeongsang Dövlət Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə Magistr Təhsili alır. 21 mart 2009-cu ildə təsis edilmiş və Koreya Respublikasında təhsil alan azərbaycanlı tələbələrin təşkilatlanması, soydaşlarımız arasında milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan xalqının tarixi, müasir həyatı, sosial-iqtisadi inkişaf səviyyəsi, mədəniyyəti ilə bağlı məlumatların Koreya ictimaiyyətinə çatdırılmasını qarşısına məqsəd qoyan “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının 28 Mart 2010-cu il tarixdən sədridir.
Tərtər rayonu Tərtər çayının aşağı hissəsində yerləşir və şimaldan İncə çayı ilə həmhüduddur. Rayonda iqlim şəraiti mülayim iqlimdən başlamış isti yarımsəhra və səhra iqliminə qədər dəyişir. Yanvarda orta temperatur +2 С, iyul ayında isə +25 С olur. Tərtər və Xaçınçay çayları bu rayonun ərazisi ilə axır.
Rayonun inzibati mərkəzi Tərtər şəhəri Tərtərçayın sağ və sol sahillərindən qədim karvan yolu üzərində yerləşir. Buranın tarixi adı Çaparxana olmuşdur. Alban dövlətinin qədim paytaxtı Bərdədən 17 km aralıda yerləşən bu ərazidə vaxtilə karvansara və qala olmuşdur.
Xalq sənəti növlərindən xalçaçılıq, tikmə və toxuma sənətləri bu rayonda yaxşı inkişaf etmişdir.